Ölkə futbolu

“Xəzər Lənkəran”ın sabiq futbolçusu görün hansı klubla anlaşdı

2011-2012 mövsümündə “Xəzər Lənkəran”ın şərəfini qorumuş Rikardo Qomez Vilananın yeni klubu müəyyənləşib. Belə ki, futbolçu əsası 1942-ci ildə qoyulmuş və tarixində heç vaxt çempion ola bilməmiş "Futbol Club Andorra"da mübarizə aparır. Braziliyalı 32 yaşlı oyunçu avqustun 23-də bu klubla müqavilə imzalayıb.

Bu komanda ispan klubu olsa da, Andorrada məskunlaşıb.

Klub Katoloniya Futbol Federasiyasının nəzdində yaradılmış Regional Futbol Diviziyasının "Primera Catalana" adlanan çempionatında yarışır.Bir sözlə, Rikardo karyerasının son illərini məhəllə futbolunda keçirəcək.

Məlumat üçün deyək ki, Rikardo "Xəzər Lənkəran"ın qalmaqallı futbolçularından olub. O hətta bir müddət müqavilə şərtlərinə də əməl etmədi. Cənub klubu toplanışa başlasa da, sambaçı müxtəlif bəhanələr gətirib, vətənində qalmışdı.

Futbol11.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43