Dünya futbolu

“Sevilya”nın hücumçusu “Atletiko”da

“Atletiko” heyətinə yeni oyunçu cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, madridlilər “Sevilya”nın hücumçusu Vitolonu transfer edib. 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Vitolo gələn ilin yanvar ayından –  “Atletiko”nun transfer qadağası başa çatandan sonra komandada çıxış edəcək. O, bu müddətdə icarə əsasında “Las Palmas”da oynayacaq.

Qeyd edək ki, “Las Palmas”ın yetirməsi olan futbolçu İspaniya millisinin də üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43