Ölkə futbolu

“Simurq” Bakıya itkilərlə gəlir

Topaz Premyer Liqasının X turunda AZAL-ın qonağı olacaq “Simurq” bu gün Bakıya yola düşür.

İdmanxeber.com-un məlumatına görə, komanda oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi “AZAL Arena”da edəcək.

Qeyd edək ki, “Simurq” Bakıya itkilərlə gələcək. Zədəli Adam Banas və Murad Səttarlı ilə yanaşı, “Araz Naxçıvan”la oyunda sarı vərəqə limitini doldurduğundan cəzalı duruma düşən Benjamin Lambot da bu matçda forma geyinə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43