Ölkə futbolu

AZAL rəhbərliyi komanda qarşısına konkret tələb qoydu

AZAL PFK-da rəhbərlik və əsas komandanın üzvləri arasında növbəti görüş keçirilib.

İdmanxeber.com-un məlumatına görə, burada əsas müzakirə mövzusu komandanın Premyer Liqanın son turunda "Bakı"ya məğlubiyyəti (0:1) olub.

Klubun vitse-prezidenti Fikrət Hüseynov açılış nitqi ilə çıxış edərək bu nəticənin arzuolunmaz olduğunu bildirib. Futbolçuların ən qısa zamanda toparlanmalı olduğunu qeyd edən F.Hüseynov rəhbərliyin komandanın qarşısına qoyduğu konkret tələbi də açıqlayıb: qarşıdakı 2 oyunda (29 oktyabr "Simurq" və 2 noyabr "Neftçi") yalnız və yalnız qələbə qazanmaq!

Daha sonra komandanın baş məşqçisi Tərlan Əhmədov söz alaraq, komandadaxili durumdan və əhval-ruhiyyədən danışıb. O, növbəti oyunlarda bu uğursuzluğu unutduracaqlarına inandığını bildirib.

Qeyd edək ki, futbolçuların əhval-ruhiyyəsinin yüksəldilməsi məqsədilə keçirilən görüşdə komandanın müşahidə şurasının sədri Rəsul Rəsulov da iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43