Kateqoriyasız

“Simurq” “İnter”lə oyuna ciddi itkilərlə çıxacaq

Son üç qarşılaşmada “İnter”in qapısına qol belə vura bilməyən “Simurq” bu gün Topaz Premyer Liqasının 8-ci turunda növbəti dəfə “bankirlər”lə üz-üzə gələcək. 

İdmanxeber.com-un məlumatına görə, ötən gün görüşün keçiriləcəyi arenada son məşqinə çıxan “Simurq” bir saatlıq çalışmalardan sonra hazırlıqlarını tamamlayıb.

Bundan sonra istirahətə çəkilən Georgi Çixradzenin yetirmələri hazırda qarşılaşmanın başlama vaxtını gözləyir. Komanda “İnter”lə oyuna ciddi itkilərlə çıxacaq. Təcrübəli mərkəz müdafiəçi Banas Adam və Murad Səttarlı bu görüşdə zədə səbəbindən forma geyinə bilməyəcək.

Qeyd edək ki, “İnter” – “Simurq” oyunu saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43