Kateqoriyasız

“Simurq” “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir

Artıq dünəndən məşqləri bərpa edən “Simurq” “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir.

Klub saytına istinadən verdiyimiz məlumata görə, Bədən Tərbiyəsi və İdman Akademiyyasının meydançasında çalışmalara başlayan “sarı-qaralar”, məşqə isinmə hərəkətlərilə start verib. Bundan sonra iki qruppaya bölünərək “kvadrat” oynayıblar. Hazırlığın əsas hissəsində isə taktiki tapşırıqlardan ibarət təmrinlər yerinə yetirilib.  

Qeyd edək ki, Premyer Liqanın V turu çərçivəsində “Sumqayıt”ı komanda Qəbələ şəhər stadionunda qonaq edəcək. Sentyabrın 15-də keçiriləcək qarşılaşma, saat 17:00-da start götürəcək. Oyunun baş hakimi isə Rəhim Həsənov olacaq.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43