Kateqoriyasız

“Simurq” – “Xəzər Lənkəran” matçı canlı yayımlanacaq

Premyer Liqanın 10-cu turu çərçivəsində keçiriləcək “Simurq” – “Xəzər Lənkəran” matçının televiziya vasitəsi ilə canlı yayımlanmayacağı haqda məlumat vermişdik.

İdmanxeber.com-un məlumatıəna görə, “Bayıla Arena”da keçiriləcək qarşılaşmanı azarkeşlər canlı izləyə bilərlər. Ancaq bunu internet vasitəsi ilə izlımək mümkün olacaq. Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, əgər ciddi bir problem çıxmayacağı təqdirdə sözügedən oyun “Simurq”un rəsmi saytı vasitəsi ilə canlı yayımlanacaq. 

Qeyd edək ki, oyun saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43