Ölkə futbolu

“Simurq”da əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu gələcəklə bağlı planlarını açıqladı: “Prezidentlə danışığım olub…”

“Simurq”un əsas heyətində möhkəmlənməkdə çətinlik çəkən və komandadan ayrılacağı gözlənilən Rüstəm Məmmədov heç bir yerə getmək fikirində deyil.

İdmanxeber.com-a açıqlama verən 30 yaşlı müdafiəçi bu mövsüm cəmi bir oyunda Zaqatala klubuna kömək edə bilib.

Məmmədov klubdan ayrılmaq fikirində olmadığını və hətta burada qalaraq məşqçi işləmək istədiyini dilə gətirib:

“Hələ mənim klubla bir illik müqaviləm var. Prezidentlə danışığım olub, karyeramı bitirdikdən sonra çox güman ki, “Simurq”da məşqçi işləyəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43