Dünyadan

ŞOK! Türkiyə millisinin və “Beşiktaş”ın futbolçusu güllələndi

Türkiyə millisi və “Beşiktaş” klubunun futbolçusu Gökhan Töre silahlı hücuma məruz qalıb.

İdmanxeber.com-un məlumatına görə, “qara qartal”ın üzvü “Fənərbağça” ilə derbi oyunundan sonra getdiyi məkanların birində  silahlı toqquşma nəticəsində kürəyindən vurulub. Onunla yanaşı, daha 5 nəfər yaralanıb.

Hazırda Törə xəstəxanadadı və həyati təhlükəsi yoxdu.

Məlumatı klubun rəsmi saytı yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43