Kateqoriyasız

“Simurq”un almanlarla oyunu canlı yayımlanacaq?

Zaqatalanın “Simurq” klubunun Antalyada keçirəcə\yi ilk yoxlama matçı da canlı yayımlana bilər.

Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Klub rəsmisi bildirib ki, yoxlama görüşlərini də Türkiyədədən də canlı yayımlamaq istəyirlər.

Əgər problem çıxmasa yanvarın 16-da Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan “Velbert” klubu ilə oyun canlı yayımlanacaq. 

Sözügedən oyun Bakı vaxtı ilə 16:00-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43