Ölkə futbolu

“Simurq”un tarixində ilk

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ” ilə qolsuz heç-heçə edən “Simurq” tarixi nəticəyə imza atıb.

İki oyununun nəticəsinə əsasən, mərhələ adlayan Zaqatala təmsilçisi tarixində ilk dəfə yarımfinala çıxıb.

“Simurq”un bu mərhələdəki rəqibi isə son ölkə çempionu “Qarabağ” olacaq. Yarımfinal qarşılaşmaları aprelin 13-də və 21-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43