Kateqoriyasız

“Şiroki Briyeq”in baş məşqçisi “Qəbələ”dən çəkinir: “Danışmaq oynamaqdan daha asandı”

“Qəbələ” çox güclü rəqibdi. Bizim birinci hədəfimiz səfərdə qol buraxmamaq olacaq, daha sonra isə evdə qol vurub, mərhələ adlamalıyıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin Avroliqadakı rəqibi “Şiroki Briyeq”in baş məşqçisi Slaven Musa deyib.

Klubun rəsmi saytına danışan bosniyalı mütəxəssis 

“Məsələ təkcə uzun yolçuluqda deyil, həm də rəqibin səviyyəsini nəzərə almaq lazımdı. Amma buna baxmayaraq, biz yaxşı hazırlaşmışıq, rəqib haqda informasiya toplamışıq. Onların “Neftçi” ilə kubokun finalındakı, eləcə də “Sumqayıt”a qarşı çempionat oyunlarına baxmışıq. Bu yaxınlarda Sloveniya “Maribor”una qarşı keçirdikləri görüşü də izlədim. Onların heyətində xeyli dəyişiklik olub, baş məşqçiləri də yenidi. 

Danışmaq oynamaqdan daha asandı. “Qəbələ”də çox yaxşı oyunçular var. Amma biz güzəştə getməyə hazırlaşmırıq. Səfərdəki oyunda qol vurmaq çox yaxşı olardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43