Kateqoriyasız

Skarlatake sevindirdi, Əliyevin zədəsi davam edir

Azərbaycan Premyer Liqasının 14-cü turunda “Araz Naxçıvan”la qarşılaşmalı olan “Xəzər Lənkəran” Muxtar Respublika təmsilçisinin çempionatdan çəkilməsi səbəbindən bu tur məcburi istirahət edəcək.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Lənkərandakı bazasının hər iki meydançasının təmirə dayanması səbəbindən komanda paytaxtda hazırlığını bərpa edib. Artıq üç gündür ki, “Bayıl Arena”da məşqlərə başlayan  “Xəzər Lənkəran” gündə bir dəfə olmaqla taktiki və fiziki planda çalışmalarını davam etdirir.

Zədəli futbolçulardan  Adrian Skarlatake artıq fərdi məşqlərə başlasa da, Rauf Əliyev hazırlıqdan kənar qalaraq müalicə alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43