Ölkə futbolu

Skarlatake “Xəzər Lənkəran”ı arxa plana atdı: “Ehtiyat igidin yaraşığıdır”

Manuel Skarlatake “Xəzər Lənkəran”a qayıdıb-qayıtmayacağı sual olaraq qalır.

İdmanxeber.com-un məlumatına görə, rumıniyalı futbolçu bir müddət öncə “ağ-yaşıllar”ın düşərgəsinə qayıtmışdı. Hətta klubdan onun mövsümün sonuna kimi komandada qalacağı bildirilirdi. Lakin görünən odur ki, təcrübəli müdafiəçi klubun irəli sürdüyü şərtlərlə tam olaraq razılaşmır. Hər iki tərəf öz şərtlərini irəli sürüb və məsələ açıq olaraq qalır.

Bunu bizimlə söhbətində klubun baş məşqçisi Elbrus Məmmədov da təsdiqlədi. Əgər Skarla klubun irəli sürdüyü şərtlərlə razılaşacağı təqdirdə komandada qalacaq.

Rumıniyalı arxa xətt oyunçusu isə klub axtarışına çıxıb. Futbolçunun meneceri onu bir neçə iddialı komandalara təklif edib ki, burada həm yerli, həm də xarici klublar var. Əgər bu təkliflərin biri müsbət sonlansa o zaman Skarlatake “Xəzər Lənkəran”dan birdəfəlik gedəcək. İndiki halda onun Cənub klubunda qalma ehtimalı yüksək dəyərləndirilir.

Məsələ yaxın günlərdə öz həllini tapmalıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43