16 Sentyabr 2024
Ölkə futbolu

Slovakiya – Azərbaycan oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasının II turunda keçiriləcək Slovakiya – Azərbaycan oyununun təyinatları bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Damian Silvestrjaka Pavel Sokolniçki və Adam Karaseviç kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-də təşkil olunacaq Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43