İdman

“Slovan” – “Qarabağ” matçı hansı kanalda?

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ” Çexiyada “Slovan”ın qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, Liberetsdə keçiriləcək görüşü ölkəmizdə İdman Azərbaycan kanalı canlı yayımlayacaq.

Noyabrın 24-də “U Nisi” arenasında keçiriləcək qarşılaşmanı nə Türkiyə, nə də Rusiya kanallarından heç bir canlı yayım proqramına salmayıb.

Qeyd edək ki, sözügedən oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43