İdman

“Slovan”a 0:3 hesablı məğlubiyyət bizi bu duruma gətirdi”

“Hamımız qələbə qazanmaq istəyirdik. Hava şəraitinə baxmayaraq möhtəşəm azarkeş dəstəyi gördük. Bərabərlik qolundan sonra ümidlənsək də, sonda nəticə ürəyimizcə olmadı. ”

Bu sözləri “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl “Fiorentina”ya 1:2 hesablı məğlubiyyətdən sonra deyib:
Düşünmürsünüz ki, bu məğlubiyyətdə heyətdə yetərincə futbolçu olmaması rol oynadı.

İki oyunçumuz cəzalı idi. Biz bu gün oyunçu cəhətdən heç bir problem yaşamırıq. İstədiyimiz transferləri də həyata keçirmişik.
Komandada qrup mərhələsini adlamaq üçün nə çatmır?
Müəyyən qədər təcrübə çatışmazlığı, şanssızlıq, “Slovan”a da 0:3 hesablı məğlubiyyət bizi bu duruma gətirdi.
Bəlkə arxayınlıq?
Yox, arxayınlıq deməzdim. Komandada elə şey ola bilməz. Baş məşqçi komandanı çox yaxşı hazırlayır belə durumlarda. Biz də ikinci dəfə bura qədər gəlib, burdan əliboş dönmənin üzüntüsünü yaşayırıq. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43