Ölkə futbolu

ŞOK: “Xəzər Lənkəran”ın stadionuna bomba qoyuldu?

Azərbaycanda stadiona bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Dekabrın 5-də saat 17.57-də Lənkəran şəhərində yaşayan və özünü təqdim etməyən şəxs DİN-in 102 Zəng Mərkəzinə telefon açaraq "stadiona bomba qoyulub, partlayacaq" deyərək dəstəyi asıb.

Dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Araşdırmalarla yalan məlumatın Lənkəran şəhər sakini Alim Novruzov tərəfindən verilməsi müəyyən edilib.  

Apa


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43