Kateqoriyasız

SON DƏQİQƏ: “Böyük Oyun” öncəsi Lənkəranda güclü nəzarət

Azərbaycan Premyer Liqasının 29-cu turunda Lənkəranda oynanılacaq “Xəzər Lənkəran” –  “Neftçi” görüşü öncəsi cənub təmsilçisi nəzarəti artırıb.

İdmanxeber.com-un əməkdaşının məlumatına görə, hal- hazırda matçı işiqlandırmaq üçün Lənkərana yollanan media nümayəndələrinin avtobusu Masallı yolunda saxlanılaraq jurnalistlərin hər biri ayrı- ayrılıqda polislər tərəfindən yoxlanılır. 

Lənkəran təmsilçisi matça “Neftçi” azarkeşlərinin daxil ola bilməməsi üçün nəzarəti gücləndirib.

Qeyd edək ki, bu gün baş tutacaq “Böyük Oyun”a “Neftçi” azarkeşlərinin girişinə qadağa qoyulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43