Kateqoriyasız

SON DƏQİQƏ: “Qalatasaray” – “Yuventus” oyunu təxirə salındı və keçiriləcəyi tarix məlum oldu

Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçirilir.

Türkiyədə "Qalatasaray" "Yuventus"la üz-üzə gəlib. "Türk Telekom Arena"ya 31-ci dəqiqədən sonra yağan qar matçın 20 dəqiqə dayandırılmasına səbəb olub.

Qarşılaşmanın portuqaliyalı baş hakimi öncə 20 dəqiqəlik fasilə götürüb. Daha sonra dayanmayan qar matçın təxirə salınmasına səbəb olub.

Qarşılaşma dekabrın 11-də, qaldığı yerdən davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43