19 Sentyabr 2024
Ölkə futbolu

SON DƏQİQƏ! Əyalət klubu “Adana Demirspor”un futbolçusunu transfer edir (ÖZƏL)

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu Mahammadu Ba ilə anlaşmaq üzrədir.

Tərəflər arasında danışıqlar müsbət nəticələnib və bəzi xırda detallar qalıb. Malili futbolçunun yaxın günlərdə komandaya qoşulması gözlənilir.

“Adana Demirspor”un futbolçusu ötən mövsümü icarə əsasında “Tuzlaspor”da keçirib.

25 yaşlı yarımmüdafiəçinin keçidi yaxın vaxtda rəsmən açıqlanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43