19 Sentyabr 2024
Ölkə futbolu

SON DƏQİQƏ! Premyer Liqa klubunun stadionunda yanğın (FOTO)

Söküntüsü davam edən Gəncə şəhər stadionunda yanğın baş verib.

İdmanxeber.az-a daxil olan məlumata görə, yanğın stadionun gözətçi otağında başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti çağırılıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində stadion ərazisində baş vermiş yanğın söndürülüb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43