19 Sentyabr 2024
Ölkə futbolu

SON DƏQİQƏ: Tovuz şəhər stadionunda işıq dirəyi aşdı, oyun dayandırıldı (FOTO)

“Turan Tovuz” – “Araz Naxçıvan” oyununda qorxulu hadisə baş verib.

İdmanxeber.az-ın məlumatına görə, görüşün 80-ci dəqiqəsində stadionun işıq dirəyi güclü küləyin təsirdən yıxılıb. Bunun ardından matçın baş hakimi Rəvan Həmzəzadə oyunu saxlayıb.

Xoşbxətlikdən hadisə zamanı xəsarət alan olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43