Kateqoriyasız

Sona 6 tur qalmış çempion bəlli oldu

Yunanıstan Superliqasında 2015/16 mövsümünün qalibi bəlli olub. 

İdmanxeber.com-un məlumatına görə, sona 6 tur qalmış “Olimpiakos” çempionluğu rəsmiləşdirib.

Pireylilər birinciliyin 24-cü turunda “Veria”ya qalib gələrək (3:0), 67-ci xalını qazanıb və ən yaxın izləyicisi AEK-lə xal fərqini əlçatmaz həddə – 21 xala çatdırıb.

Bu, “Olimpiakos”un 43-cü çempionluğudu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43