Dünyadan

“Qarabağ”ın sabiq futbolçusu Hollandiyada dubl etdi

“Qarabağ”ın sabiq futbolçusu Raydel Pupon Hollandiya Erdeviziyasında növbəti dəfə qol vurub.

İdmanxeber.com-un məlumatına görə, “Roda”nın şərəfini qoruyan forvard “Ayaks”la matçda yeni klubunda qol hesabını açmışdısa, Pupon bu dəfə “Herakl” səfərində 2 qol vurmaqla komandasının qələbə qazanmasında yardımcı olub.

Pupon 74-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Herakl” – “Roda” oyunu ikincilərin 5:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43