Maqazin

Şou-biznes nümayəndələri futbol oynadı – VİDEO

Ötən gün yağış yağmasına baxmayaraq "Futbol şou № 1” baş tutub.

Şou-biznes nümayəndələri Şəfa stadionunda komandalara bölünərək futbol oynayıblar.

Komandanların kapitanları Ramal Əsədzadə və layihənin digər rəhbəri Mehri Əliquliyeva olub. Lamiyə Novruzova, Afaq Aslan, Əbdül Xalid, İlahə Nizamiqızı Emil Bədəlov, Rəhman Rəsulov, Şəbnəm Qəhrəmanova, Yaşar Cəlilov, Rüfət Axundov, aparıcılar Xanım Yadigarlı, Nərgiz Mahmudzadə, rəqqasə Oksana Rəsulova və başqaları qalib gəlmək üçün mübarizə aparıblar.

Qeyd edək ki, 4:3 hesabı ilə Mehri Əliquliyevanın komandası qalib gəlib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43