Dünya futbolu

“Sportinq”in futbolçusu: “Qarabağ”ın adı böyük deyil”

“Qarabağ”dan yaxşı oyun gözləyirik. Baxmayaraq ki, rəqibimizin adı böyük deyil, amma problem yaşada bilən komandadır”.

Bu sözləri “Sportinq”in ulduzu Bruno Fernandes Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə deyib. “Record”a danışan 24 yaşlı yarımmüdafiəçi  qarşılaşmanın çətin keçəcəyini deyib:

“Bizim üçün oyunun çətin keçəcəyini düşünürəm, amma fikrimcə, zəfər bizim olacaq və Avropa Liqasına 3 xalla başlayacağıq”.

Qeyd edək ki, “Sportinq” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə 23-00-da baş tutacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43