Kateqoriyasız

Stankoviç cəzalandırıldı, “Neftçi” cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 15-ci turunda  baş verənlər müzakirə olunub.

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda qonaq komandanın azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XV turunun “Səbail” – “Qarabağ” oyununda qonaq komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XV turunun “Qəbələ”  – “Keşlə” oyununda qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43