İdman

Stiven Cerrard “Qəbələ”nin sabiq futbolçusunu bəyənməyib

otlandiyanın “Reyncers” klubu mövsümün ilk yarısında “Qəbələ”də icarə əsasında çıxış etmiş futbolçu Endi Hallideylə yollarını ayıracaq.

İdmanxeber.com-un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi komandanın yeni baş məşqçisi Stiven Cerrardın növbəti mövsümlə bağlı planlarına daxil deyil. Baxmayaraq ki, onun klubla hələ 2 illik müqaviləsi var.

Hallideyin Hibernians”a keçəcəyi bildirilir. Bu isə komandanın baş məşqçisi Nil Lennonun onun oyun keyfiyyətlərini yüksək qiymətləndirməsi ilə əlaqədardır.

Qeyd edək ki, Endi Hallidey cari mövsümün əvvəllərində “Reyncers”dən “Qəbələ”yə 1 illik icarəyə verilib. Lakin o, qışda Azərbaycan klubundan ayrılaraq, müqavilə üzrə məxsus olduğu komandaya qayıdıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43