Türkiyə PTT birinci Liqasında IV turun oyunları keçirilir.
Millimizin sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu "Orduspor" səfərdə "Karşıyaka" ilə qarşılaşıb.
Əsas heyətdə meydana çıxan Subaşiç qarşılaşmanın 22-ci dəqiqəsində vurduğu qolla komandasını səfərdə irəli çıxardıb. Qalan dəqiqələr ərzində oyunda başqa qol olmayınca Ordu təmsilçisi Subaşiçin qolu ilə səfərdə 3 xalı bayram edən tərəf olub.
Bununlada "Orduspor" xalını 7-yə çatdırıb və qələbə sayəsində üçüncü pilləyə yüksəlib.