Kateqoriyasız

Səbayel Qurbanovadan “het-trik”

“Rəvan” – “Qarabağ” oyunu qadın hakimin idarəçiliyi ilə diqqət çəkib. Səbayel Qurbanova cari mövsümdə Topaz Premyer Liqasının qarşılaşmasına baş hakim kimi çıxan ilk xanım ədalət təmsilçisi olub.

Ümumilikdə isə Azərbaycan çempionatlarının 21 illik tarixində 3-cü dəfə komandaları meydana qadın hakim çıxarıb. Əvvəlki 2 görüş də məhz Qurbanovanın hesabındadır. Artıq 3-ə çatan referi əvvəlki 2 oyununu 2010/11 mövsümündə idarə etmişdi.

Premyer Liqada qadın hakimin idarə etdiyi oyunlar

23.04.2011  

Muğan – Simurq  3:0  Səbayel Qurbanova

12.05.2011

Muğan – MOİK 1:0 Səbayel Qurbanova

13.09.2013

Rəvan – Qarabağ 1:1 Səbayel Qurbanova


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43