Dünyadan

Şumaxerin son durumu

“Formula-1” avtomobil yarışlarının əfsanəvi pilotu Mixael Şumaxer hələ də komadan tədricən çıxarılma mərhələsindədir.

İdmançının mətbuat katibi Sabina Kem bildirib ki, idmançının səhhəti ilə bağlı istənilən dəqiqləşdirilməmiş informasiyanı yalan informasiya saymaq lazımdır.

Kem qeyd edib ki, Mixael hələ də tədricən ayıltma mərhələsindədir: “Vəziyyət dəyişməyib. Yayılan informasiyalar yalandı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43