Ölkə futbolu

“Sumqayıt” azarkeşlərindən “Araz Naxçıvan”a böyük jest!

Premyer Liqanın 17-ci turu çərçivəsində keçirilən "İnter" – "Sumqayıt" görüşündə maraqlı hadisə yaşanıb.

Belə ki, oyunun ortalarında sumqayıtlı azarkeşlər I divizion təmsilçisi "Araz Naxçıvan"a dəstək göstəriblər. Fanatlar "Araz çempion" deyə bir sıra şüarlar səsləndiriblər.

Qeyd edək ki, Naxçıvan klubu hazırda I divizionda ilk pilləni tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43