19 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt” Dosso ilə yollarını ayırdı

“Sumqayıt” klubu legioneri Abu Dosso ilə yolları ayırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanan müqavilənin müddəti başa çatıb.

Rəhbərlik Kot d’İvuardan olan futbolçu ilə yeni müqavilə bağlamayıb.

Qeyd edək ki, Abu Dosso ötən mövsümün əvvəlindən “Sumqayıt”ın uğurları üçün çalışırdı. Bu müddət ərzində 29-u Premyer Liqa və 3-ü kubok matçı olmaqla ümumilikdə 32 oyunda iştirak edib. 28 yaşlı cinah oyunçusu bu qarşılaşmalarda 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43