Ölkə futbolu

“Sumqayıt” FK AZAL-la oyunun hazırlığına başladı

Topaz Premyer Liqasının son turunda “Kapital Bank Arena”da “Bakı” ilə heçə-heçə (1:1) edən “Sumqayıt” Futbol Klubu bir günlük istirahəti başa vurub.

İdmanxeber.com-un məlumatına görə, komandamız bu gündən etibarən Aqil Məmmədovun rəhbərliyi altında AZAL-la oyunun hazırlığıa başlayıb. “Kapital Bank Arena”da səhər məşqinə çıxan “Sumqayıt” FK tam heyətlə məşq edib.

Qeyd edək ki, AZAL – “Sumqayıt” oyunu noyabrın 29-da saat 15:00-da AZAL Arena-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43