“Sumqayıt” klubunun “Kəpəz”in legioneri Georgi Papunaşvili ilə maraqlandığı xəbərini vermişdik.
İdmanxeber.az-a verilən məlumata görə, “kimyaçılar”ın rəhbərliyi bu transferdən vaz keçib. Buna səbəb gürcüstanlı futbolçunun tez-tez zədələnməsidir.
Hazırda rəhbərlik növbəti mövsüm üçün çalışmalarını davam etdirir. Transferdə öncəlik komandaya yaradıcı bir futbolçu cəlb etmək olacaq.
Xatırladaq ki, gürcüstanlı yarımmüdafiəçinin “sarı-göylər”lə müqaviləsi yayda başa çatacaq.