İdman

Cokoviç Messini qabaqladı

Cokovic “İlin İdmançısı” nominasiyasında “Laureus World Sports Awards”a layiq görülüb.

İdmanxeber.az məlumat verir ki, bu mükafat 2023-cü ildə əldə etdikləri nailiyyətlərə görə idmançılara və komandalara verilir.

Cokoviç ötən il Avstraliya, Fransa və ABŞ-də “Böyük dəbilqə”nin qalibi olub. Bununla da o, ən çox “Böyük dəbilqə” qazanan tennisçi kimi tarixə düşüb.

Serb tennisçi futbolçular – Lionel Messi və Erlinq Halandı, Formula 1 pilotu Maks Ferstappeni, atletikanın ulduzları olan Noa Layles və Armand Duplantisi qabaqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43