“Nyukasl” hücum xəttini gücləndirmək üçün PSJ-nin forvardı Randal Kolo Muanini əsas namizədlərdən biri hesab edir.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu fransalı futbolçunun vəziyyəti ilə bağlı Paris təmsilçisi ilə ilkin təmas qurub. PSJ futbolçunu birdəfəlik sata və ya məcburi satınalma şərti ilə icarəyə göndərə bilər.
Transferin yaxın günlərdə sürətlənəcəyi bildirilir. Kolo Muaniyə İtaliya və Almaniyadan da maraq var.
O, ötən mövsüm icarə əsasında çıxış etdiyi “Yuventus”un heyətində bütün turnirlərdə 22 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
.

