17 İyul 2026
Dünya futbolu

“Milan” güclənmək istəyir – Danışıqlar başlayır

“Milan” “Mançester Yunayted”in cinah hücumçusu Amad Diallonu növbəti mövsüm üçün əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya nəhəngi hücum xəttini gənc və yaradıcı futbolçu ilə gücləndirmək niyyətindədir və 23 yaşlı ivuarlı bu plan üçün ideal namizəd hesab olunur.

İngiltərənin “Brayton” və “Nyukasl” klubları da futbolçunun vəziyyətini yaxından izləyir. Bununla belə, mançesterlilər yalnız yüksək məbləğdə təklif daxil olacağı təqdirdə Amadın satılmasına razılıq verməyə hazırdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43