17 İyul 2026
Ölkə futbolu

“Qarabağ” və “Zirə”nin qələbəsi UEFA reytinqimizi artırdı

UEFA Avropa Liqası və Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra ölkələrin reytinqi yenilənib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın “Vestri”ni, “Zirə”nin isə “Torpedo”nu 3:0 hesabı ilə məğlub etməsi Azərbaycanın hesabına daha 0,500 xal qazandırıb.

Bununla da Azərbaycanın ümumi əmsalı 20.062-yə yüksəlib. Yığmamız UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. Azərbaycan mövsümə 18.562 xalla başlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43