16 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın oynunun yayımı sual altındadı – “CBC Sport” danışıq aparır 

“Qarabağ”ın Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində “Vestri” ilə cavab oyununun canlı yayımlanmayacağı ehtimalının olduğunu xəbər vermişdik.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, hazırda “CBC Sport” qarşı tərəflə danışıq aparır. Kanal rəhbərliyi matçın yayımını əldə etmək üçün öz təklifini göndərib.

Hələlik yayım hüququna malik olan şirkət “CBC Sport”a geri dönüş etməyib. Onlar bunun üçün daha yüksək məbləğ tələb edirlər. 

Hazırda görüşün canlı yayımlanmama ehtimalı yüksəkdir. Çünki Azərbaycan tərəfindən tələb edilən məbləğ kifayət qədər ciddi vəsaitdir.

Əgər həmin şirkət dediyi məbləğdə israr edərsə, “Vestri” – “Qarabağ” matçı canlı yayımlanmayacaq.

Xatırladaq ki, görüş bu gecə saat 00:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43