“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis karyerasını yenidən Premyer Liqada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçunun xidmətində “Everton” maraqlıdır. Liverpul təmsilçisi artıq oyunçunun nümayəndələri ilə ilkin təmaslara başlayıb.
“Yuventus”un da uyğun təklif olacağı halda transferə razılıq verə biləcəyi bildirilir. Danışıqların yaxın günlərdə sürətlənməsi gözlənilir.
Duqlas Luis ötən mövsüm bütün turnirlərdə 37 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

