15 İyul 2026
Ölkə futbolu

“Neftçi”dən azarkeşlər üçün açıq məşq

“Neftçi”nin yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq.

İdmanxeber.az xəbər verir ki, məşq iyulun 18-i, saat 18:00-da “Palms Sports Arena”da başlanacaq.

Stadiona giriş sərbəstdir. Saat 16:00-dan etibarən klubun “Palms Sports Arena”da yerləşən rəsmi mağazası da qapılarını qonaqlar üçün açacaq. Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.

Məşqdən əvvəl “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43