“Şamaxı” növbəti mövsümün hazırlıqlarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi Portuqaliyanın “Amora” klubunda çıxış edən Filipe Markesi transfer edib. 28 yaşlı müdafiəçi ilə anlaşma əldə edilib.
O, yaxın günlərdə klubun düşərgəsinə qoşulacaq.
Portuqaliyalı futbolçu ötən mövsüm komandasının həyətində bütün turnirlərdə 21 oyunda çıxış edib. Onun aktivində 1 assist var.
Təcrübəli futbolçu bir dönəm Portuqaliya U-17 millisinin də üzvü olub. O, karyerası ərzində “Braqa” (19) və “Ray Vallekano”nun (19) gənclərdən ibarət komandalarında çıxış edib.

