“Roma” yarımmüdafiəçisi Manu Kone ilə yollarını ayırmağa hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu Fransa millisinin futbolçusu üçün 60 milyon avroya (təxminən 51 milyon funt sterlinq) yaxın təklif gələcəyi təqdirdə transferə razılıq verəcək.
Konenin dünya çempionatındakı uğurlu çıxışı onun bazar dəyərini artırıb. Hazırda futbolçu ilə “Arsenal” və “Mançester Yunayted”in maraqlandığı bildirilir.
25 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Roma”nın heyətində bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

