13 İyul 2026
Kateqoriyasız

“Fulhem”dən gözlənilməz həmlə – “Real”ın istedadını istəyirlər

“Fulhem” yay transfer dövrünün ən diqqətçəkən gedişlərindən birinə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubunun “Real”ın gənc hücumçusu Franko Mastantuononu icarəyə götürmək istədiyi bildirilir. Məlumata görə, London təmsilçisi futbolçu ilə bağlı artıq Madrid klubu ilə ilkin danışıqlara başlayıb.

Baş məşqçi Alvaro Arbeloa da sabiq yetirməsini komandasında görmək istəyir. Lakin argentinalı futbolçunun xidmətində bir sıra Avropa klubları da maraqlıdır.

Buna görə də “Fulhem”i çətin transfer mübarizəsi gözləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43