13 İyul 2026
Dünya futbolu

“Liverpul” və “Mançester Yunayted” eyni futbolçunu hədəfə aldı

“Liverpul” və “Mançester Yunayted” yay transfer dönəmində eyni futbolçunu hədəfə alıb.

İdmanxeber.az xəbər verir ki, hər iki klub “Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomeşi transfer etmək istəyir. Daha əvvəl “Atletiko”ya keçidi gündəmdə olan braziliyalının bu transferi baş tutmadığından İngiltərə nəhəngləri hərəkətə keçib.

Bildirilir ki, hər iki klub artıq “Vulverhempton”la ilkin təmaslar qurub. Transferin dəyərinin təxminən 45 milyon avro olacağı qeyd edilir.

Futbolçunun gələcəyi ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43