11 İyul 2026
Dünya futbolu

“Real”ın hücumçusu Premyer Liqa yolunda

“Real”ın hücumçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçunun nümayəndələri Premyer Liqanın beş klubu ilə əlaqə saxlayaraq onun İngiltərədə çıxış etmək istədiyini bildiriblər.

Hazırda Vinisiusla ən ciddi maraqlanan klubun “Çelsi” olduğu qeyd edilir.

İddialara əsasən, 25 yaşlı forvardın Madrid klubundan ayrılmaq istəməsinin əsas səbəbi komanda yoldaşı Kilian Mbappe ilə münasibətlərinin gərgin olmasıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43