“Napoli” yay transfer pəncərəsində Romelu Lukaku ilə yollarını ayırmağı planlaşdırır.
İdmanxeber.az xəbər verir ki, İtaliya klubu yüksək maaş yükünü azaltmaq üçün 33 yaşlı hücumçunu satmağa hazırdır. Bildirilir ki, Neapol təmsilçisi yeni transferlər həyata keçirmək üçün əvvəlcə futbolçu satmalıdır.
Klub rəhbərliyi Lukakunun dünya çempionatındakı uğurlu çıxışının ona maraq göstərən klubların sayını artıracağına ümid edir.

