10 İyul 2026
Dünya futbolu

“Nyukasl” “Ayaks”ın gənc istedadını transfer etdi

“Nyukasl” Niderlandın “Ayaks” klubunun 18 yaşlı yarımmüdafiəçisi Şon Styurun transferini rəsmən açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisi futbolçu ilə 5 illik müqavilə imzalayıb. Məlumata görə, transferin ümumi dəyəri bonuslarla birlikdə 27 milyon avroya çata bilər.

Niderlandın U-19 millisinin üzvü olan Styur yeni komandasında 14 nömrəli formanı geyinəcək. Gənc futbolçu Premyer Liqaya keçidi “gerçəkləşən uşaqlıq arzusu” adlandırıb.

Bu, “Nyukasl”ın cari yay transfer pəncərəsində üçüncü heyət əlavəsi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43